Xidmətlərimiz

Şaxtadan qoruma sistemləri


Yağmurlama ilə Dondan Qoruma

Qış aylarında don hadisəsi bitkilərə ciddi zərər verə bilər və bu fermerlər üçün vacib bir xüsusdur. Don hadisəsinin səbəb olduğu ziyanın dərəcəsi, bitkinin və toxumun növünə əsasən dəyişir. Don vurma xüsusilə böyümə və çiçəkləmə dövründə zərərlidir.Son zamanlarda don vurmaya qarşı qoruma metodları inkişaf etdirilmişdir və hal hazırda tətbiq edilməkdədir.

Bağlarda hava tempraturu donma nöqtəsinin altına düşdüyü zaman torpaq və bitki üzərinə yağmurlama üsuli ilə su püskürdərək bitkiləri don vurmadan qorumaq mümkündür. Əgər yetərli qədər quyu suyunuz var isə (yerin altından çıxan suyun tempraturu 15-18ᵒC aralığındadırsa) don vurmaya qarşı daha effektiv mübarizə apara bilərsiniz. Su bitkinin üzərində donmağa başlayınca suda olan istiliyin bir hissəsi bitkinin yaşıl qisminə, yerdə qalanı isə torpağa və havaya keçir. Bitki üzərində əmələ gələn incə su təbəqəsi buza çevrilir və bu proses zamanı sudan ayrılan enerji bitki səthində tempraturun 0ᵒC ətrafında olmasını təmin edir. Həddindən artıq soyuq külək və ya tempraturun ani olaraq enməsi bitkinin əmdiyi istilik miqdarını düşürmədikcə həmin istilik bitkinin dondan qorumasını təmin etmiş olur. Yağmurlama ilə rütubət də artır ki, bu da dondan qorumağa kömək etmiş olur. Yağmurlama ilə dondan qoruma; suyun, donarkən ətrafa verdiyi istilikdir. Bu təxminən 80 cal/gr dır.

Bu əməliyyatda ən vacib olan xüsus yağmurlamanı müntəzəm şəkildə, günəş şüalarının ətrafı isitib bitki üzərindəki buzları əritənə qədər davam etdirməktir. Bu da su qaynağının həcmi ilə düz mütənasibdir. 10 sot ərazinin tempraturunu 1ᵒC yüksəltə bilməyiniz üçün 1m³ suyu yağmurlama ilə verə bilməlisiniz. İnfrastrukturun buna uyğun olması çox vacibdir. Suyun donaraq bitkinin üzərində əmələ gətirdiyi buz təbəqəsinin qalınlığı hava tempraturuna və qalma müddətinə görə 1mm dən 10mm -ə qədər ola bilər.

Kiçik gövdəli bitkilər meyvə ağacları ilə müqayisədə daha asan qoruna bilirlər. Əksər hallarda mövcud damlama suvarma sisteminin bu məqsədlə istifadə edilməsi fermelər tərəfindən tələb olunur amma bu səhv addımdır. Lakin suvarma sistemi qurularkən başından etibarən Don Qoruma Yağmurlama sistemi də istifadə edilə bilinəcək şəkildə layihələndirilərsə bu tip istifadə mümkün ola bilər.

Qeyd:
Don hadisəsinin başlanğıcından etibarən yağmurlama sistemi davamlı çalışdırılmalıdır. Bu əməliyyat ertəsi gün tempratur yüksələrək buzları tamamən əritənə qədər aparılmalıdır. Tempraturun gece yüksəlməsi sizi yanıltmasın və yağmurlamanı qətiyyən kəsməyin, yağmurlamanın erkən dayandırılması dəymiş ziyanı daha da artıra bilər.

Dondan qorunmada istifadə edilən yağmurlama sistemlərinin əksəriyyəti yağmurlamanı üstdən həyata keçirən sistemlərdir. Ağacların altından həyata keçirilən yağmurlamada da nəticə alınmaqdadır. Hesablamalar diqqətli aparılaraq ən azı 3 gecə üst-üstə don ola biləcəyi ehtimalına görə su rezervi hazır edilməlidir.

Tərəfdaşlarımız

Polyagro
Polyagro