Xidmətlərimiz

Torpaq altı suvarma


Torpaq altı damlama suvarma metodu

Təzyiqli suvarma sistemləri arasında su və enerji itkisi ən az olan sulama yöntəmidir. Su qaynağından alınaraq uyğun filterdən keçirilən suyu daşıyan sistem, bu nöqtədən etibarən ana boru, parsel vanaları, manifold, torpaq altı damlama suvarma borusu və re-manifold daxil bütün sistem tam sabit olaraq torpağın altında yerləşdirilir. Torpaq altı damlama suvarma yöntəmində birbaşa olaraq bitki kök bölgəsinə su verilir. Düzgün çalışdırılan bir sistemdə torpaq səthinin islatılmasına yol verilmir. Beləcə torpaq səthindən buxarlaşma əhəmiyyətsiz dərəcədə az baş verir. Əlavə olaraq əməliyyat dövründə suvarma zamanı və suvarma müddəti doğru planlanarsa yarpaq üzərindən tərləmə azalar və az qala %40-50 civarında su və buna bağlı olaraq enerjiyə qənaət təmin olunar.

Uzun Ömürlü Suvarma Sistemi:
Xüsusi texnologiya ilə istehsal edilən damlatıcılar və torpaq altı damla suvarma boruları, UV şüalarının, hava tempraturu dəyişimlərinin, torpaq üstündəki gəmiricilərin təsirinə məruz qalmır. Tempratur, günəş işığı və buxarlaşma səbəbi ilə damlatıcı çıxışlarında əmələ gələ biləcək kalsifikasiya və yosunlaşma riski aradan qalxır. Damlatıcılardan 10 illik istifadə ömrü boyunca müntəzəm olaraq buraxılan xüsusi maddə vasitəsilə bitki köklərinin yol aça biləcəyi tıxanmaların qarşısını alınır.

Fiziki zərərin az olması:

Kənd təsərrüfatı məhsullarının suvarılmasında, əkin sahəsində tətbiq olunan bir sıra proseslər zamanı meydana gələ biləcək, və ya peysaj tətbiqlərində yaşıl ərazilər üzərində insan və heyvanların yol aça biləcəyi zərərlərdən təsirlənməz.

Aşağı əməliyyat və baxım xərcləri
Sistem adətən əkin dərinliyindən aşağıda bastırılmış olduğu üçün intensiv baxıma ehtiyac duymaz. Suvarma sezonu sonunda toplanıp, gələcək sezon təkrar sərilməsi və ya qurulması gərəkmir. Boruların köhnəlməsi, quş və torpaq üstü canlı heyvanlar tərəfindən zərər verilməsi, oğurlanması mümkün deyildir.

Quru torpaq səthi, quru yollar, ekoloji cəhətdən səmərəli tətbiqlər
Yaşıllıqların suvarılmasında, peyzaj tətbiqlərində suvarma davam edərkən belə, yaşıl ərazidən istifadə etmək mümkündür. Borular torpaq altında olduğu üçün torpaq üstündə görüntü diskonfortu yaranmayacaqdır.

Yüksək məhsuldarlıq
Birbaşa bitki kök bölgəsinə verilən su və bitki qida maddaləri ilə bitkinin stresi azaltılır, sağlıqlı inkişafı təmin edilir və məhsuldarlığı artır.

Keyfiyyətli Məhsul

Torpaq və bitkinin yaşıl hissələri quru qalır, səth və ya həddindən artıq suvarılmadan meydana gələn mantar xəstəlikləri və meyvə / tərəvəzlərdə əmələ gələn ləkələr azalır.

Daha Az Otlanma

Quru torpaq səthi ot bitməsini əngəlləyir.

Daha yaxşı Torpaq Havalanması

Torpaq sıxlaşmaz, havalanma üst səviyyədə olar. Beləliklə mükəmməl bitki inkişafı təmin edilir.

Üst səviyyədə Suya qənaət

Torpağın səthindən axış, buxarlanma və s. səbəblərdən yarana biləcək su itkiləri aradan qalxır.

Daha Az duzlanma

Daha az və effektiv su istifadəsi torpağın daha az duzlanmasına səbəb olur.

Daha Az Kimyəvi maddə, Daha təsirli gübrələmə

Torpaq üstü suvarmada olduğu kimi, göbələk və pestisidlər, gübrələr su ilə yuyulub getməz və bir başa kök bölgəsinə çatdırılır.

Torpaq üstü suvarma ilə eyni miqdardakı suyu torpaq altından verdiyimizdə, 46% daha çox hissənin islandığı görülməkdədir. Bu sistemlə torpağın suya olan doyumluluğu azaltılaraq köklərin hava alması üçün daha geniş sahə təmin edilir. Torpaqdakı kapilliyar yollarda su hərəkəti artırılaraq, dərinlərə sızma səbəbilə əmələ gələcək su itkiləri də minimuma endirilir.

Tərəfdaşlarımız

Polyagro
Polyagro