Haqqımızda

Haqqımızda

Polyagro MMC Azərbaycanda suvarma sistemləri üzrə fəaliyyət göstərən mühəndislik şirkətidir. Dünya lideri olan şirkətlərlə əməkdaşlıq edən Polyagro MMC təklif etdiyi innovativ və daha effektiv metodları ilə ölkəmizdə bu sahəyə yeni nəfəs verməkdədir.

Yerli və xarici mütəxəssislərdən ibarət komandamızla suvarma sistemləri sahəsində layihələrin müasir üsullarla və kompyuter proqramlaşmasından istifadə etməklə hazırlanması, qurulması və sistemə nəzarəti kimi bütün prosesləri əhatə edən mühəndislik fəaliyyətlərini həyata keçiririk

Bizim biznes əlaqələrimizin əsası müştərilərimizlə açıq ünsiyyətə dayanır. Məhsul və xidmətlərimiz müştərilərimiz üçün real fayda təmin edən ideal həllər təklif edir. Müştərilərimizin problemlərinə tez və praktik həll yolları gətiririk. Bazar payı, yenilik, keyfiyyət və imic baxımından lider mövqedə olmaq və suvarma sistemləri sahəsində bazar liderliyini qazanmaq niyyətindəyik.

Hərtərəfli yanaşma, ekoloji həssaslığımız, ekspert qrupumuz, illərin bilik və təcrübəsi, keyfiyyətli və ən müasir məhsullar ilə fermerlərimizə məntiqli əkinçilik mövzusunda dəsdək verərək yüksək məhsuldarlıq və mənfəət əldə etmələrini təmin edirik.

Tərəfdaşlarımız

Polyagro
Polyagro