Xidmətlərimiz

Makro yağmurlama


Yağmurlama (Yağış yağdırma) suvarma metodu nədir?

Suyun bəlli yöndə və təzyiqdə havaya püskürdülərək öz ağırlığı ilə torpaq və məhsul üzərinə incə damlalar halında verilməsinə “Yağmurlama Suvarma Metodu” deyilir. Suyun bu metod ilə verilməsi görüntü baxımından təbii yağışa bənzədiyindən bu metoda yağmurlama (yağış yağdırma) metodu deyilir. Yağmurlama metodu bütün növ torpaq şərtlərində, reliefli və düz ərazilərdə və demək olar ki, bütün növ bitki cinslərində rahatlıqla tətbiq edilə bilər. Səth suvarma metoduna görə daha aşağı təzyiqli su qaynaqlarından istifadə etməklə bu metoddan yararlanmaq mümkündür. Yağmurlama suvarma metodunda təzyiq ilə başlıqlara göndərilən su süni yağış halında ərazi üzərinə verilir. Su başlıqlardan təzyiq altında püskürdülərək , təbii yağışa bənzər formada atmosferə yayılır. Buradan torpaq üzərinə düşən su, süzülərək torpaq içərisinə girir və bitkilərin kök hissəsində yığılır.

Bu metodun tətbiq oluna bilməsi üçün ana boru və lateral xətlərdən ibarət su yönləndirmə sisteminə və təzyiq yaradıcı bir sistemə ehtiyyac vardır. Təzyiq adətən nasos sistemi ilə təmin olunur. Bəzi yerlərdə qapalı dövrə olaraq adlanan özündən təzyiqli sistemlər də mövcuddur. Belə sistemi yağmurlama başlıqları tamamlayır. Suvarılcaq bitkiyə, torpağa ve iqtisadi şərtlərə bağlı olaraq dəyişik tiplərdə yağmurlama başlıqları istifadə olunur.

Yağmurlama suvarma metodunun işlətmə sistemləri hansılardır?

Daşına bilən sistemlər
Bu sistemdə nasos ana boru və laterallar daşına bilir.
Yarı daşına bilən sistemlər
Nasos və ana boru xətti sabit, laterallar hərəkətlidir. Adətən ana boru xətti torpaq altına bastırılır.
Daşınmayan (Sabit) Sistemlər
Bu sistemdə nasos, ana boru ve laterallar sabittir.

Yağmurlama suvarma metodunun müsbət tərəfləri ;

Su istifadə səmərəliliyi yüksəkdir. Suvarma suyunun az olduğu yerlərdə bu sudan maksimum faydalanmaq olar.
Zəif topoqrafiya olan yerlərdə eroziya meydana gəlmədən sulanabilir.
Toxum cücərmə dövründə toprağ üzərində gil təbəqəsinin olması səbəbi ilə bitkinin torpaq üstünə çıxmaması problemini aradan qaldırır.
Əməliyyat və işçilik xərclərindən qənaəti təmin edir.
Su keçirməyən torpaqlar üçün ən uyğun suvarma sistemidir.
Dənizə yaxın yerlərdə küləklə daşınan duzlu suların bitkilərə buraxdığı duz zərrələri, tozlar və zərərli həşəratlar, yağmurlama ilə yuyulur.
Yağmurlama suvarma ilə nəzarətli su vermə imkanı olduğundan, yeraltı suları yüksək, drenaj problemi olan yerlərdə ən uyğun suvarma metodu olmaqdadır.
Sahə xəndəklərinə ehtiyyac olmadığından, əkim ərazisi artır və bir sıra təssərrüfat prosesləri asanlıqla tətbiq oluna bilir.
Həll oluna bilən gübrələr suvarma suyu ilə birlikdə işçiliyə ehtiyyac qalmadan bitkilərə verilə bilir.
Sahə düzəltmə xərclərinə ehtiyac olmadığından enerji ve zamana qənaəti təmin edir.

Mənfi tərəfləri:
İlkin quraşdırma xərcləri sabit sistemlərdə xüsusilə yüksəkdir.
Su dağılımına küləyin mənfi təsiri vardır.Yağmurlama ediləcək zamanlar, səhər erkən yada axşam gün batmasına yaxın küləyin daha az olduğu vaxtlara təsadüf etməsi məqsədəuyğundur.
Təzyiq üçün güc tələb olunur. Bu da enerji sərfiyyatı ve xərc deməktir.
Bütün bu avantajlarını gördükdən sonra yağmurlama sistemlərinin istifadəsi gün keçdikcə artmaqdadır.

Yağmurlama suvarma metodu ilə torpaq gübrələnməsi

Yağmurlama yolu ilə həyata keçirilən suvarma metodunda gübrələr suda həll edilərək bitkilərə verilə bilər. Bu şəkildə gübrələrin toprağa verilməsi tətbiq olunmada müxtəlif asanlıqlar və üstünlüklər yaratır.

Bunlar:
İşçiliyi azaltır
Gübrənin torpağa bərabər şəkildə paylanmasını təmin edir
Alət ve avadanlıqları daha daha effektiv istifadə olunmasını təmin edir
Uyğun zamanda ve miqdarda gübrələmə imkanı təmin edir
Məhsulun keyfiyyət və miqdarının artmasını təmin edir

Yağmurlama sistemində gübrələr suvarma suyu ilə birlikdə torpağa verilə bilir. Bu gübrə buraxıldıqdan sonra, borularda və başlıqlarda gübrə qalıqları davam edən sulama ilə təmizlənir. Eyni zamanda, yarpaqlarda yığılmış gübrə həlləri də yuyulur.

Tərəfdaşlarımız

Polyagro
Polyagro