Xidmətlərimiz

Mikro yağmurlama


Mikro yağmurlama suvarma metodu

Ağac altı mikro suvarma yöntəmi olaraq da adlandırılır. Ümumilikdə meyvə ağaclarının suvarılmasında istifadə olunur. Bu yöntəmdə, hər ağacın altına bir ədəd kiçik yağmurlama başlığı yerləşdirilir. Yalnızca ağacın altında bəlli bir hissə islatılır. Suvarma suyu, su qaynağından yağmurlama başlıqlarına qədər təzyiqli boru xətləri ilə ötürülür. Bu sistemlərdəki təzyiq göstəricisi 1-2 atmosferə qədərdir.

Sistem elementləri, damlama sulama sistem elementləri ile eynidir. Tək fərq, damlatıcılar əvəzinə kiçik yağmurlama başlıqlarının istifadə olunmasıdır. Başqa bir təriflə, ağac altı mikro yağmurlama suvarma sistemi; nasos , idarəetmə dəsti, ana boru xətti, manifold boru xətləri, lateral boru xətləri ve kiçik yağmurlama başlıqlarından ibarətdir. Bu yöntəmdə, her ağac sırasına bir lateral boru xətti döşənir ve lateral boyunca hər ağacın altına bir yağmurlama başlığı qoyulur. Sistem bütünlüklə sabitdir. Suvarma sezonu sonunda torpaq üzərinə sərilmiş lateral boru xətləri ilə yağmurlama başlıqları da yığılır.

Suvarma yöntəminin seçilməsində təsirli olan faktorlar:
Su qaynağının cinsi və uzaqlığı
Torpaq (duzluluq, drenaj, daşlılıq və s)
Topoqrafiya
İqlim
Bitki cinsi
Don təhlükəsi və s.

Meyve ağaçlarının suvarılmasında, öncəliklə damlama suvarma yöntəmi əsas götürülür. Damlama suvarma yöntəmi ilə hər ağac sırasına iki cərgə damlama suvarma boru xətti çəkilməsi halında belə, lazımi islatma nisbəti əldə edilə bilməyən, çox geniş əkim aralıqlarına sahib meyvə ağaclarında, suvarma yöntəmi seçimi olaraq, ağaç altı mikro yağmurlama suvarma yöntəmi istifadə oluna bilər. Bu metodun üstünlükləri ve metodu məhdudlaşdıran elmentlər makro yağmurlama sulama metodu ile oxşardır.

Üstünlüklər:
• Tıxanma problemi çox azdır, bu səbəbdən çox həssas filtrləmə sisteminə ehtiyac duyulmur.
• Damlama suvarma sistemi ilə müqayisədə daha az zamanda suvarma həyata keçirir.
• Daha geniş torpaq həcminin islanmasına imkan yaratdığından xüsusilə yaşlı meyve ağaçlarına uyğundur.
• Yağmurlama başlıqlarının işləyib işləməməsini yoxlamaq üçün ehtiyac duyulan işçilik azalır.
• Reliefli ve yüksək ərazilərdə istifadə oluna bilər.
• Yaşlı ağaçlarda selləmə suvarma sistemindən bu sistemə keçdikdə stres əmələ gəlmir.
• Bitkileri dondan qorumaq üçün istifadə olunur.
• Bitkilər ehtiyac duyulduğu zamanda gübrələrin su ilə birlikdə verilməsi mümkündür

Tərəfdaşlarımız

Polyagro
Polyagro