Xidmətlərimiz

Torpaq üstü suvarma


Torpaq üstü damlama suvarma

Suvarma, bitkilərin ehtiyac duyduğu suyun süni şəkildə gətirilməsi prosesidir, lakin təbii yağışla müqayisə oluna bilməz. Yaxşı suvarma optimal şəkildə həyata keçirilə bilən suvarmadır. Bir mənbədən su götürərək sahəyə gətirmək də suvarma növüdür. Ancaq günümüzdə suvarma, tullantılar olmadan qurula biləcək sistemlər üçün istifadə edilən tərifə çevrilmişdir. Çünki su az və qiymətli bir qaynaqdır, asanlıqla sərf edilməməlidir.Bitkilərin normal inkişafı üçün lazım olan, lakin təbii yollarla qarşılana bilməyən suyun vaxtında və bitkinin tələb etdiyi miqidarda torpağa düzgün şəkildə çatdırılmasına suvarma deyilir. Suvarma suyunun filtrdən süzüldüktən sonra suda həll olunan gübrə ilə və ya gübrəsiz torpaq üzərinə və ya içinə damlalar halında verilməsinə damlama suvarma deyilir.

Suvarmanın faydaları hansılardır?
Suvarmadan əldə edilən faydalar çox yönlüdür. Belə ki:
Suvarma vahid sahədən əldə edilən məhsulun miqdarını artırır. Bu artım quraqlığa bağlı olaraq 4-5 dəfə çox ola bilər.
Suvarma ilə daha çox gəlirləri olan bitkilər yetişdirilə bilər. Suvarılmayan ərazilərdə yalnız bir sıra bitkilər əkilə bildiyi halda bu ərazilərdə suvarma sistemləri qurulduğu zaman digər bitki növlərinin əkilməsi həyata keçirilə bilər.
Suvarma işçi qüvvənizin səmərəli istifadəsini təmin edir.
Suvarma iqlimi yumşaldır.
Tətbiq olunan su miqdarı avtomatik şəkildə kontrol edilə bildiyi, istənilən miqdarda su verilə bildiyi və hər bitkiyə demək olar ki bərabər paylanıldığı üçün mükəmməl bitki yetişdirmə mühiti təmin etməktədir. Bu səbəblə digər suvarma üsullarına görə 20% -dən 100% -dən çox və keyfiyyətli məhsul əldə edilir.
Damlama suvarma yöntəmi bitki inkişaf dövrünü qısaltaraq, tərəvəz və meyvəçiliyə böyük fayda verir.
Damlama suvarma yöntəmində su tətbiqinə yaranan itkilər təxmini olaraq bütünlüklə aradan qalxdığı üçün su tətbiqi səmərililiyi 90 – 95 % yüksək olan bir yöntəmdir.Beləki, suvarma suyundan 40% civarında qənaət etmək mümkündür.
Bitki sıra aralarının suvarılması və quru qalması səbəbilə yabani ot (alağ) inkişafı azalmaqdadır.
Maili və dərinliyi az torpaqlarda eroziyaya səbəb olmadan suvarılma həyata keçirmək mümkündür.
Nəzarətli suvarma edilərək bitkilərin bəslənmə maddələrinin kök bölgəsindən yuyulmasının qarşısını alır.
Aşağı təzyiqdə (0.8-1,5 bar) çalışdığından enerjiyə qənaət edir.
Küləkli havalarda suvarma imkanı yaradır. İşçilik, gübrə və xəstəliklərə qarşı mübarizə dərmanlarının istifadəsində qənaəti təmin edir.
Bitkinin inkişafı və yetişmə müddəti sürətli və müntəzəmdir.
Pestisiddən, gübrə istifadəsindən və işçilikdən qənaəti təmin edir.
Relyefli ərazilərdə asan suvarmanı təmin edir.

Damla suvarma sistemlərinin avtomatlaşdırılması mümkün olduğundan tətbiq olunan suyun miqdarı nəzarət altına alınması mümkündür və bitki ehtiyacına qədər su verilə bilər. Beləliklə, bitkinin yetişdirilməsi üçün çox əlverişli bir mühit təmin edilir və daha çox məhsuldarlıq əldə edilir. Bitki kökünün yetişdirdiyi torpaq sahəsi suvarılır. Bu səbəblə damcı suvarma sistemi ilə suvarılan torpağın nisbəti digər sistemlər tərəfindən suvarılan torpaq nisbətindən təxminən 30% azdır.

Səmərəli şəkildə qurulan innovativ suvarma texnologiyaları , suvarma prinsipləri hər bir damcı su, qida və pestisiddən ağıllı və sə.mərəli istifadəyə səbəb olur .

Plansız suvarma və çölləşmə!
Selləmə (salma suvarma, arx ilə suvarma və s.) suvarma yöntəmi ilə suvarılan torpaqlarda əmələ gələn duzlaşma, quraqlaşma və məhsuldar torpağın itkisi damlama suvarma ilə suvarılan ərazilərdə rastlanmadığından, torpaqlar keyfiyyətini itirmir və bitkilərdə əhəmiyyətli dərəcədə məhsuldarlıq müşahidə olunur.

Tərəfdaşlarımız

Polyagro
Polyagro